"Bakı-2015” Avropa Oyunları ərəfəsində Pirallahı rayonunda iməciliklər davam etdirilir
12 may 2015 | 10:00
Ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması Pirallahı rayonunda prioritet məsələlərdən biridir, bu məqsəd ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilməkdədir. Pirallahı Rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafikə uyğun olaraq hər həftənin şənbə günləri təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olur, ətraf ərazilərdə səliqə-sahman yaradılır ki, bu da artıq ənənə şəklini almışdır.
“Bakı-2015” Avropa Oyunları ərəfəsində və 10 may Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Pirallahı rayonunda növbəti iməcilik keçirildi. Aksiyada Pirallahı RİH-in əməkdaşları, müəllim heyəti və məktəblilər iştirak etdilər. Aksiya zamanı xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidildi və suvarıldı. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alındı.
Qeyd edək ki, rayonun bütün dövlət müəssisələri, idarə və təşkilatları keçirilən iməciliklərdə fəal iştirak edir.