Şriftin ölçüsü :

Saytın rəngi :

"Bakı-2015” Avropa Oyunları ərəfəsində Pirallahıda ümumrayon iməcilikləri keçirilir

14 may 2015 | 10:00
   Bakı-2015” Avropa Oyunları ərəfəsində Pirallahı rayonunda keçirilən tədbirlər çərçivəsində rayon ərazisində genişmiqyaslı abadlıq işləri aparılır. Bununla əlaqədar 14 may 2015-ci il tarixdə Pirallahı rayonunda növbəti iməcilik keçirildi. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin, 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin, 14 saylı Uşaq Musiqi Məktəbinin, V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin və Pirallahı Kütləvi kitabxanasının əməkdaşları iştirak etdilər. Aksiya zamanı əkilmiş ağaclar və gül kolları suvarıldı, ərazidə abadlıq, səliqə-sahman işləri görüldü. Mövsüm ərzində bu ərazidə əkilən ağaclara, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
   Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafikə uyğun olaraq hər həftənin şənbə günləri təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olur, ətraf ərazilərdə səliqə-sahman yaradır ki, bu da artıq ənənə şəklini almışdır.
Keçidlər