Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ailə Günü qeyd olundu

15 may 2015 | 10:00
   Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə əsasən, hər il mayın 15-i bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu münasibətlə Pirallahı rayonunda silsilə  tədbirlər keçirilir. Tədbirlərdə RİH-nin əməkdaşları, Ağsaqqallar Şurasının üzvləri,  rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
   Ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, sağlam həyat tərzinin təbliği məqsədilə əhali arasında, rayonun idarə, təşkilat və ümumtəhsil müəssisələrində  “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Sağlam həyat naminə - Erkən nikaha yox de!”, “Uşaqlar: hüquqlarımızı bilək və qoruyaq” başlığı altında maarifləndirmə tədbirləri keçirilmiş, məktəbdənkənar tərbiyə müəssisəsində rəsm sərgisi təşkil edilmişdir.
   Tədbirlərdə  diqqətə çatdırılır ki, Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev Azərbaycan ailəsinin qayğı və problemlərinin həllini diqqət mərkəzində saxlayır. Dövlət başçısının 2006-cı ildə imzaladığı fərmanla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ötən ilin əvvəlində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yarım milyondan çox insan dispanserləşmədən keçmişdir. Bu isə dövlətin, xüsusilə Azərbaycan Prezidentinin ailələrin sağlamlığına olan diqqət və qayğısının əyani sübutudur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Azərbaycan qadınının mənəvi zənginliyini, vətənpərvərliyini, ailə dəyərlərini uğurla təmsil edir.
   Qeyd edək ki, 15 may 2015-ci il tarixində Şəmkir rayonunda keçirilən “Ailə Bayramı” festivalında Pirallahı rayonundan Məmmədli ailəsi iştirak edir.
Keçidlər