Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun təmsilçisi “Vergilər” bilik müsabiqəsində mükafatçılar sırasına yüksəlmişdir

18 may 2015 | 10:00
   May ayının 13-də Nəsimi rayonunda yerləşən 46 saylı tam orta məktəbdə Bakı şəhərinin orta məktəblərinin şagirdləri arasında vergilərlə bağlı biliklərin daha dərindən mənimsənilməsinin stimullaşdırılması məqsədilə 10-cu ənənəvi "Vergilər" bilik müsabiqəsi keçirilmişdir. Müsabiqədə 72 orta məktəbi təmsil edən 3 yaş qrupuna aid 3-5, 6-8 və 9-11-ci siniflərdə təhsil alan 100-dək şagird  iştirak etmişdir.
   Test üsulu ilə keçirilən müsabiqə yekunlaşdıqdan sonra qaliblər müəyyən edilmiş və müvafiq yaş qrupları və siniflər üzrə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
   Müsabiqədə I yaş qrupu (III-V siniflər) üzrə Pirallahı rayonu Pirallahı qəsəbəsi 235 №-li tam orta məktəbin 5-ci sinif şagirdi Tarverdiyeva Şəms Yaşar qızı 3-cü yerin qalibi olmuşdur. Pirallahı rayonunun təmsilçisinə xüsusi diplom və videokamera təqdim edilmişdir.
Keçidlər