Pirallahı rayonunda Laçının işğalının 23-cü ildönümü ilə bağlı tədbir keçirildi
19 may 2015 | 10:00
“Sahilin arzuları, arzuların sahili…” kitabının təqdimatı maraqla qarşılandı
May ayının 18-də Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 186 №-li tam orta məktəbin akt zalında Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğal edilməsinin 23-cü ildönümü ilə bağlı tədbir təşkil edildi. Tədbirdə eləcə də şairə-publisist Gülarə Munisin “Sahilin arzuları, arzuların sahili…” kitabının təqdimatı keçirildi.
Tədbir 23 il əvvəl erməni vəhşiliyinə tuş gəlmiş laçınlıların, qaniçən qonşularımızın xalqımıza qarşı törətdiyi soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlandı. Açılış sözü ilə çıxış edən 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev erməni faşistlərinin xalqımıza qarşı törətdiyi vəhşilikləri bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdi. XVIII əsrin əvvəllərindən bu günədək Azərbaycan tarixinin son 300 illik dövrünü gözlərimiz önünə gətirdikdə xalqımızın həqiqətən böyük bir soyqırımına məruz qaldığı açıq-aşkar görünür, - deyən Arif Xankişiyev, SSRİ-nin süqutuna qədər olan dövrdə ittifaqın hakim dairələri tərəfindən, sonradan isə Rusiya və bəzi Qərb dövlətləri tərəfindən himayə edilən Ermənistanın mono-etnik dövlət yaratmağa, Azərbaycan torpaqlarının 20%-ni işğal etməyə nail olduğunu vurğulamışdır.
Bildirildi ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli işğalın, qəsbkarlığın, soyqırımın ilhamvericiləri, ideoloqları və icraçıları, canilər və terrorçular bu gün də cəzasızlıq şəraitində öz mənfur əməllərini davam etdirirlər. Bu gün münaqişənin nizama salınması prosesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı İlham Əliyev nə bu gün, nə 10 il, nə də 100 il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqının imkan verməyəcəyini bildirmişdir.
O qanlı, müdhiş hadisələrin şahidi olmuş Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Azərbaycanın Milli Qəhrəmanları Sahil Məmmədov, Vahid Quliyev, İntiqam Atakişiyev 1992-ci il mayın 17-18-də Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq Laçında görünməmiş qırğın törətmələrindən, Laçın rayonunun əliyalın mülki əhalisinin müasir hərbi texnika ilə silahlanmış yağı düşmənin qəfil və amansız hücumuna məruz qalmasından, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsindən, qocalar, qadınlar, uşaqlar, hətta körpələrin ən dəhşətli üsul və vasitələrlə qətlə yetirilməsindən, əhalinin bir hissəsinin əsir və girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdiklərindən danışdı. Çıxış edənlər işğal tarixinin hər bir vətəndaşın, xüsusilə gənclərin yadda saxlamasını tövsiyə edərək, eyni zamanda, bu hadisələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini vurğulamışlar.
Şairə-publisist Gülarə Munisin “Sahilin arzuları, arzuların sahili…” kitabının təqdimatı da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Bildirildi ki, kitabda Azərbaycanın müstəqilliyi, torpaqlarının azad olunması naminə Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını qurban vermiş Azərbaycanın Milli Qəhrəmanı polkovnik Sahil Ələmdar oğlu Məmmədovun həyatı və döyüş yolu barədə çox maraqlı məlumatlar qələmə alınmışdır. Kitab gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə müəllifin növbəti layiqli töhfəsi kimi dəyərləndirilmişdir.
Tədbirə Pirallahı məktəblilərinin və məktəbəqədər tərbiyə müəssisələri yetirmələrinin ifasında Vətənə, Qarabağa həsr edilmiş şeir və mahnılarla, eləcə də milli-vətənpərvərlik ruhunda hazırladıqları ədəbi-bədii kompozisiyalarla yekun vuruldu.