Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı könüllüləri növbəti fləşmobunu keçirdi

21 may 2015 | 10:00
   Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə “Vətəni sevək” başlığı altında növbəti fləşmob keçirildi. Tədbirdə cəmiyyətin Pirallahı rayon bölməsinin könülləri, rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak etdilər.
   Pirallahı rayonunun giriş hissəsində 60-a yaxın könüllünün iştirakı ilə  təşkil olunan fləşmobun əsas məqsədi gənclərdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq, ictimai tərbiyə işinin səmərəliliyini yüksəltmək, şagirdlərinin dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaqdır.
  Qeyd edək ki,   Pirallahıda  belə maarifləndirici fləşmoblar davamlı olaraq keçirilir.
Keçidlər