Nikaha daxil olmaq istəyən gənclər tibbi müayinələrdən keçməlidirlər
25 may 2015 | 10:00
Mövzu ilə bağlı Pirallahı rayonunda maarifləndirici tədbirlər keçirilir
Pirallahı rayonunun ümumtəhsil müəssisələrində nikaha daxil olan şəxslərin tibbi müayinədən keçməsi barədə maarifləndirici tədbirlər keçirilir. Növbəti tədbir 25 may 2015-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə təşkil olundu. Tədbirdə Pirallahı RİH-nin, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi, rayon ümumtəhsil məktəblərin müəllim heyəti və məktəblilər iştirak etdilər.
Pirallahı RİH-in əməkdaşı, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov qonaqları salamlayaraq, tədbirin əhəmiyyəti və zəruriyyəti haqqında danışdı. Bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minib. Qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət tibb müəssisələrində pulsuz həyata keçirilməlidir. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış veriləcək. Bu arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.
Tədbirdə çıxış edən 186 nömrəli tam orta məktəbin direktoru Arif Xankişiyev, Pirallahı Rayon Polis şöbəsinin müvəkkili Əjdər Hacıyev öz çıxışlarında tədbirin əhəmiyyəti haqqında danışdılar və vurğuladılar ki, bizim cəmiyyətdə ilk növbədə sağlam ailə modeli olmalıdır.
Sonda tədbir iştirakçılarının mövzuya aid sualları ətraflı cavablandırıldı.