Şriftin ölçüsü :

Saytın rəngi :

Milli İnsan Hüquqları aylığı ilə əlaqədar Pirallahı rayonunda tədbir keçirildi

26 may 2015 | 10:00
   18 iyun ölkəmizdə Milli İnsan Hüquqları günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub. Proqramda insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları günü kimi təsis edilib. Prezidentin sərəncamına uyğun olaraq hər il mayın 18-dən iyunun 18-dək respublikamızda Milli İnsan Hüquqları aylığı keçirilir. Milli İnsan Hüquqları aylığı ilə əlaqədar bu il də Pirallahı rayonunda silsilə tədbirlər təşkil edilmişdir. Növbəti maarifləndirici tədbir mayın 26-da 168 №-li tam orta məktəbdə keçirilmişdir.
   Tədbirdə çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, Müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə danışmışdır.
   Pirallahı rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları Namiq Hüseynov və Orxan Babayev, Dövlətqaçqınkomun Pirallahı rayonu üzrə sektor müdiri İlqar Məmmədli, 168 №-li tam orta məktəbin direktoru Şakir Mikayılov və valideynlər çıxışlarında belə tədbirlərin şagirdlərin dünyagörüşünün, hüquqi biliklərinin artmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirmişlər.
   Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Keçidlər