Məktəblilər arasında maarifləndirici tədbirlər keçirilir
28 may 2015 | 10:00
Pirallahı rayonunun ümumtəhsil müəssisələrində nikaha daxil olan şəxslərin tibbi müayinədən keçməsi barədə maarifləndirici açıq dərslər davam etdirilir.
25-26 may tarixlərində 186, 168, 235 və 243 nömrəli tam orta məktəblərində mövzu ilə bağlı tədbirlər təşkil olundu. Toplantılarda Pirallahı RİH-nin, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi, rayon ümumtəhsil məktəblərin müəllim heyəti və məktəblilər iştirak etdilər.
Tədbirlərdə çıxış edənlər tədbirin əhəmiyyəti və zəruriyyəti haqqında danışdılar. Bildirildi ki, Azərbaycan prezidenti İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minib. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Ailə Məcəlləsinə əsasən hazırlanıb və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi qaydasını müəyyən edir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəliklərin siyahısı üzrə aparılan klinik və laborator müayinələrdən, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsindən ibarətdir.
Sonda tədbir iştirakçılarının mövzuya aid sualları ətraflı cavablandırıldı.