186 №-li tam orta məktəbin komandası olimpiadanın qalibi oldu
29 may 2015 | 10:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin IX – XI şagirdlərindən ibarət komandalar arasında “Milli-Mənəvi İrsimiz – Bizim tariximizdir!” mövzusunda diyarşünaslıq olimpiadası keçirilmişdir.
Diyarşünaslıq olimpiadasına aprel ayının birinci ongünlüyündə start verilmişdir. Təhsil müəssisələrində qalib gəlmiş komandalar Bakı şəhərinin ayrı-ayrı rayonlarında 15-30 aprel 2015-ci il tarixlərində ikinci mərhələdə rayon birinciliyi uğrunda yarışmışlar. Rayon birinciliyinin qalibləri olan 12 komanda arasında diyarşünaslıq olimpiadasının yekun mərhələsi 18 may 2015-ci il tarixində Bakı şəhəri, 42 nömrəli tam orta məktəbdə keçirilmişdir.
Diyarşünaslıq olimpiadasının final yarışmada iştirak edən 12 komandanın üzvləri Azərbaycanın tarixi, mədəniyyət və incəsənəti, təbiəti, müstəqil respublikamız dünya meridianlarında mövzularını əhatə edən 40 test sualını 1 saat ərzində cavablandırmışlar. Olimpiadanın şəhər-yekun mərhələsinin qalibi Pirallahı rayonunu təmsil edən 186 №-li tam orta məktəbin komandası olmuşdur.
27 may 2015-ci il tarixində Bakı şəhəri, 32 nömrəli tam orta məktəbdə mükafatlandırma mərasimi keçirilmişdir. Qalib komandanın üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən fəxri fərmanla və hədiyyə ilə mükafatlandırılıb. Bu olimpiadada 186 №-li tam orta məktəbin 11 a sinif şagirdi Əsgərov Şahin, X b sinif şagirdi Fərruxova Nazxanım və IX b sinif şagirdi Baxşəliyeva Nigar təmsil etmişlər.