Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəblərində son zəng

30 may 2015 | 10:00
    29-30 may tarixlərində Pirallahı rayonunun bütün ümumtəhsil məktəblərində  “Son zəng” tədbirləri keçirildi. “Son zəng” şənliklərinin qonağı olan Pirallahı RİH Aparatının məsul əməkdaşları Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından məzunları təbrik etdilər, onlara bu əlamətdar gündə səmimi və xoş arzularını çatdırdılar. Xüsusilə vurğulandı ki, ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə, tədrisin keyfiyyətcə yüksəlməsinə səbəb olmuşdur. Hər bir sahədə olduğu kimi, təhsil sferasına da respublika Prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısı daim artır. Bildirildi ki, yeni məktəblərin tikintisində Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə qeyd edilməlidir. Məhz fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son illər çoxlu sayda yeni məktəb tikilmiş, köhnə məktəblər və uşaq bağçaları əsaslı təmir edilmişdir. Hazırda Pirallahı rayonunda Dövlət Proqramına əsasən 168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşasə davam etdirilir.
  Tədbirlərdə rayon məktəblərinin şagirdləri bir-birindən maraqlı çıxışlarla müəllim və valideynlərinin sevindirdilər. Sonda 11-cilər məktəbin simvolik bilik açarını birincilərə təqdim etdilər. "Son zəng" bütün məktəblərdə yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatdı.
    Sonda Pirallahı RİH Aparatının məsul əməkdaşları məzunlara orta məktəbin buraxılış və ali məktəblərin qəbul imtahanlarında müvəffəqiyyətlər arzuladılar.
    Qeyd edək ki, 2014-2015-ci tədris ilinin yekunlarına əsasən Pirallahı rayonunun 6 ümumtəhsil tam orta məktəbi üzrə 137 nəfər XI sinif şagirdi məzun olmuşdur.
Keçidlər