Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir

01 aprel 2013 | 10:00

Mərasim V.Mustafazadə adına Mədəniyyət Mərkəzində təşkil edilmişdi. Rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri, orta məktəblərin şagirdləri 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anmışlar. Tədbirdə çıxış edən İcra hakimiyyətinin başçısı Vasif İmanov ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini qeyd etmiş, Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərindən danışmış, bu faciələrin unudulmamasının və hadisələrin gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirmişdir.
  Çıxış edən natiqlər soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzlərə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini bildirmiş, Dağlıq Qarabağ hadisələrinin ermənilərin azərbaycanlılara qarşı tarixən yürütdüyü soyqırımı siyasətinin davamı olduğunu qeyd etmiş, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətini vurğulamışlar.
  Tədbir Pirallahı rayonunda yerləşən orta məktəb şagirdlərinin və V.Mustafazadə adına Mədəniyyət Mərkəzi yetirmələrinin ifasında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir. Sonda tədbir iştirakçılarına “Xoca” filmi nümayiş olunmuşdur.

Keçidlər