Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi
01 iyun 2015 | 10:00
İyunun 1-i dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu gün 1950-ci il iyunun 1-də BMT Baş Məclisinin Beynəlxalq Qadınlar Konfransında qəbul edilmiş qərara əsasən təsis olunub.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Pirallahı rayonunda silsilə tədbirlər keçirilir.
01 iyun 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 iyun "Uşaqların Beynəlxalq Müdafiə Günü" nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, 14 saylı Uşaq Musiqi Məktəbinin, Mədəniyyət Mərkəzinin, “Cobanyastığı”, "Cırtdan", “Gağayı” və "Bulaq" uşaq bağçalarının kollektivləri və körpələr iştirak etdilər.
Tədbir iştirakçılarını və qonaqları salamlayan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bayram münasibətilə körpə fidanları, bütün tədbir iştirakçılarını təbrik etdi və gələcəyimiz olan uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan əlverişli şəraitdən danışdı. Qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Ölkənin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün mütəmadi olaraq uğurlu layihələr həyata keçirilir.
Tədbirdə balacaların nümayiş etdirdiyi şeir və digər səhnəciklər, müxtəlif mahnı və rəqs nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılandı və alqışlandı.
01 iyun 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qızıl Aypara Cəmiyyətinin Pirallahı Rayon Bölməsi tərəfindən qəsəbədə yaşayan fiziki cəhətdən qüsurlu uşaqlarla görüş keçirildi, bayram münasibəti ilə onları evlərində təbrik edərək hədiyyələr və ərzaq yardımı paylanıldı.