Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Bakı-2015” İlk Avropa Oyunlarına hazırlıqla bağlı tədbir keçirildi

28 may 2015 | 10:00

      28 may 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının Gənclər Birliyi “Bakı-2015” İlk Avropa Oyunlarına hazırlıqla bağlı dəyirmi masa təşkil etdi.
    Tədbiri giriş sözü ilə açan Pirallahı rayon təşkilatının sədri Manaf Manafov partiya üzvləri olan gəncləri, salamlayaraq qarşıdan gələn mühüm tədbir – Bakı 2015 İlk Avropa Oyunları haqda ətraflı danışdı və bu idman yarışının Azərbaycanı dünyada daha geniş tanıdacağını, ölkəmizin pozitiv imicini gücləndirəcəyini qeyd etdi.
    İclasda çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Babayev qeyd etdi ki, Avropa oyunlarının Bakıda keçirilməsini ölkəmiz üçün böyük nailiyyət və möhtəşəm uğur kimi dəyərləndirdi. Bu da onu sübut edir ki, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Sonda Orxan Babayev qeyd etdi ki, bu oyunlar Avropa Oyunlarının tarixində sadəcə birinci Avropa oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır. “İlk Avropa Oyunları təkcə iqtisadi cəhətdən yox, həmdə siyasi cəhətdən də dövlətimizin nüfuzunu dünya miqyasında yüksəldəcək”.
      İclasda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəal üzvləri Eldarova Şəbnəm və Səfərova Şəbnəm Bakı 2015 Avropa oyunlarında könüllü kimi fəaliyyət göstərdiklərini bildirdilər və bu işlərindən qürur duyduqlarını qeyd etdilər.

Keçidlər