Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol üzrə Pirallahı rayon birinciliyi başa çatdı

02 iyun 2015 | 10:00
   “Bakı-2015”  İlk Avropa Oyunları ərəfəsində futbol üzrə rayon birinciliyi keçirildi. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşəbbüsü ilə mayın 29-dan iyunun 1-dək keçirilən turnirdə ümumilikdə  12 komanda iştirak etdi.
     01 iyun 2015-ci il tarixdə 186 nömrəli tam orta məktəbin futbol meydançasında final oyunu keçirildi. Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov qonaqları salamlayaraq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra sosial sferanın bütün sahələrində olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və bu gün əsası ulu öndər tərəfindən qoyulmuş idman siyasəti onun layıqlı davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Köhnə idman qurğuları, meydançaları yenilənir. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsində idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar.
     Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Babayev öz çıxışında qeyd etdi ki,  ölkəmizdə müxtəlif beynəlxalq turnirlər təşkil olunur və bu idman yarışları Azərbaycanı dünyada daha geniş tanıdacağına, ölkəmizin pozitiv imicini gücləndirəcəyinə imkan verir.
     Rayon birinciliyində I yeri “İnter” komandası, II yeri “Dostlar” və III yeri “İslam” komandaları tutdular. Qaliblərə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən fəxri fərmanlar, kuboklar və hədiyyələr verildi.
Keçidlər