Rayon İcra Hakimiyyəti başçısının yanında şuranın İlk Avropa Oyunlarına hazırlıqla bağlı növbəti toplantısı keçirildi
03 iyun 2015 | 10:00
03 iyun 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində ilk Avropa Oyunlarına hazırlıqla bağlı növbəti toplantı keçirildi. İclasda Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazilər üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov qonaqları salamlayaraq bildirdi ki, ilk Avropa Oyunları ölkəmizdə idmanın inkişafına bir baxış olmaqla yanaşı, Azərbaycan beynəlxalq nüfuzunun təqdimatı kimi də dəyərləndirilir. Bu, eyni zamanda dünya birliyində Azərbaycanın iqtisadi gücünün, siyasi nüfuzunun çox böyük göstəricisidir. Xatırlatdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli Fərmanı ilə paytaxtımızda təşkil olunacaq birinci Avropa Oyunlarının keçirilməsinə məsul olan Təşkilat Komitəsi yaradılmış və həmin Komitəsinin sədri Azərbaycan Respublikasının Birinci Xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təyin edilmişdir. V.İmanov qeyd etdi ki, 2 iyun 2015-ci il tarixdə Azərbaycanın paytaxtı - Bakıda bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarına start veriləcək. 12-28 iyun tarixləri arasında keçiriləcək yarışlarda 6000-dək idmançının 20 növ üzrə 253 dəst medal uğrunda mübarizəsi aparılacaq. Medalların ön hissəsində Bakı-2015 loqotipi, arxa hissəsində isə Avropa Olimpiya komitəsinin emblemi və əmtəə nişanı təsvir edilib. Bütün medalların çəkisi 380 qramdır. Medalları oyunçulara Azərbaycanın qalib idmançıları təqdim edəcək. Yarışlar iyunun 12-dən 28-dək davam edəcəkdir. Həmçinin yarışlarda idmanın 12 növü üzrə 2016-ci ildə Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat imkanları yaradılacaq. Bununla Asiya, Amerika və Afrika kimi Avropa da qitə oyunlarına malik olacaqdır.
Toplantıda “Bakı-2015” İlk Avropa oyunlarına hazırlıqla bağlı rayonda görülmüş işlərin icra vəziyyəti ətraflı müzakirə olundu.