Pirallahı rayonunda uşaq zorakılığına qarşı silsilə tədbirlərə start verilmişdir
04 iyun 2015 | 10:00
03 iyun 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bulaq” körpələr evi-uşaq bağçasında "Uşaqlara qarşı zorakılığa yox deyirik!" mövzusunda tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Yusibov bildirib ki, silsilə tədbirləri keçirməkdə məqsəd məsum və gücsüz körpələri zorakılığın hər bir formasından xilas etməkdir. Ailəyə dövlətin kiçik modeli kimi baxırıq, uşaqlar da ailənin özəyidir. Zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Azərbaycanda uşaq hüquqlarının qorunması, uşaqlara qarşı zorakılıq hallarının azaldılması istiqamətində böyük işlər görülür. Ölkəmizdə uşaqlara dövlətin hərtərəfli qayğısı var və bu getdikcə daha da artırılır. Natiq həmçinin mayın 28-də Pirallahı rayonunda 5 yaşlı Aişə Qələndərovaya qarşı törədilmiş vəhşilikdən də danışıb və bildirib ki, məsələyə son dərəcə ciddi münasibət göstərilməlidir.
Sonra çıxış üçün söz Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşı Əjdər Hacıyevə verildi. Ə.Hacıyev çıxış edərək ölkədə "Uşaq hüquqları haqqında" Qanunun qəbul edildiyini, 2009-cu ilin "Uşaq ili" elan olunduğunu, 2009-cu ildə Azərbaycan uşaqlarının 1-ci Forumunun keçirildiyini qeyd etdi. Həmçinin bildirdi ki, zorakılığa məruz qalan uşaqların Reabilitasiyası Mərkəzi, “Qaynar xətt” fəaliyyət göstərir və Polis-vətəndaş münasibətlərinin yeni mexanizmlərinin yaradılması istiqamətində islahatlar reallaşdırılır. Natiq bildirib ki, Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya uğurla həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir.
Tədbirin sonunda uşaqlara qarşı yönəlmiş hər növ zorakılıq halları - uşaqların cinsi toxunulmazlığına qəsd edilməsi, mənəvi inkişafına ziyan törədən üsulların tətbiqi, ləyaqətinin alçaldılması pisləndi və gələcəkdə zorakılıq hallarının baş verməsinin qarşısının alınması məqsədilə birgə fəaliyyət dəstəkləndi.

Qeyd edək ki, "Uşaqlara qarşı zorakılığa yox deyirik!" mövzusunda tədbirlər bütün rayon məktəbəqədər təhsil müəssisələrində təşkil olunur. 4 iyun 2015-ci il tarixdə “Çobanyastığı” və “Cırtdan” uşaq bağçalarında Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti maarifləndirici tədbirlər keçirildi. Tədbirlərdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov və komissiyanın məsləhətçi-psixoloqu Mehdi Bünyadov, Pirallahı Rayon Polis şöbəsinin məsul əməkdaşları belə tədbirlərin xüsusi əhəmiyyətini qeyd etdilər.