İlk Avropa Oyunlarının məşəli Pirallahı rayonuna çatdı
07 iyun 2015 | 10:00
Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən birinci Avropa Oyunlarının məşəli iyun ayının 6-da əfsanəvi “Neft Daşları” qəsəbəsinə gətirildi. “Neft Daşları”nda çalışan neftçilər əllərində üçrəngli bayraq, Avropa Oyunlarına aid şüarlar yazılmış plakatlar və gül dəstələri ilə məşəl estafeti iştirakçılarını böyük sevinclə qarşıladılar.
Məşəl qarşılandıqdan sonra idmançılar məşəl yürüşünü davam etdirdi. Heydər Əliyev parkında quraşdırılan səhnədə rəmzi məşəl alovlandırıldı.
Birinci Avropa Oyunlarının çırağını isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə yandırdı. Çıraq yarışlar başa çatana qədər qəsəbənin Heydər Əliyev Muzeyində saxlanılacaq.