Şriftin ölçüsü :

Saytın rəngi :

Medal cədvəlində Azərbaycan liderdir

15 iyun 2015 | 10:00
12 iyun 2015-ci il tarixdə  Azərbaycanın paytaxtı - Bakıda  bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarına start verildi. 12-28 iyun tarixləri arasında keçirilən yarışlarda 6000-dək idmançı 20 növ üzrə 253 dəst medal uğrunda mübarizə aparır. Qeyd edək ki, oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyektlərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilmişlərdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılmışdır.
    Azərbaycan idmançıları ilk Avropa Oyunlarında artıq keçirilmiş yarışlarda böyük uğurlar əldə ediblər. Qeyd edək ki, medal cədvəlində Azərbaycan liderdir və idmançılarımız bu günə 13 medal qazanıblar ki, onlardan da altısı qızıl, ikisi gümüş, beşi isə bürüncdür.
    Xatırladaq ki, ilk Avropa Oyunlarına Pirallahı gəncləri də tamaşaçı qismində qatılıblar və öz fəallıqları ilə seçilirlər. Yarışlarda tamaşaçı qismində iştirak edən rayon sakinləri Aysel Əsgərova, Səbuhə Alışova, Sərdar Cəfərov və digərləri bildirirlər ki, Bakı şəhərində keçirilən bu idman yarışlarda iştirak etmək qürurvericidir, çıxış edən idmançılarımıza mənəvi dəstək olmalıyıq və bu bizim vətənpərvərlik borcumuzdur.
Keçidlər