Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan yığmasının aktivinə yazılan qızıl medalların sayı 12-yə çatdı

19 iyun 2015 | 10:00
    “Bakı-2015” ilk Avropa Oyunlarının VII günündə keçirilən taekvondo yarışlarında iki idmançımız fərqləndi. 80 kq dərəcəsində yarışan Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani  taekvondo üzrə yarışın finalında rusiyalı Albert Quana qalib gələlək  Avropa Oyunlarının çempionu oldu. Ümumilikdə Avropa Oyunları çərçivəsində taekvondo üzrə Azərbaycan komandasının 4 üzvü yüksək nəticə göstərdi. Ayxan Tağızadə və Mİlad  Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazandı.
      Avropa Oyunları çərçivəsində güləş yarışlarına yekun vuruldu. Qeyd edək ki, Azərbaycan güləşçiləri uğurla çıxış edərək ümumilikdə 15 medal qazandılar.  Heydər Əliyev adına İdman Sarayında güləş yarışlarının son günündə 61 kq çəki dərəcəsində azərbaycanlı güləşçi Hacı Əliyev türkiyəli Munir Recep Aktaşla qarşılaşdı. Həmyerlimiz rəqibinə heç bir şans vermədi (10:2) və Avropa Oyunlarını 3-cü yerdə bitirdi. 70 kq çəki dərəcəsində üçüncülük uğrunda yarışda Azərbaycan təmsilçisi Ruslan Dibirhacıyev gürcü David Tlaşadzeyə 3:1 hesabı ilə qalib gəldi. 125 kq çəki dərəcəsində Cəmaləddin Maqomedov 3:1 hesabı ilə slovakiyalı idmançı Soslan Qaqloyevə üstün gəldi. O, son görüşündə rəqibini 7:2 hesabı ilə məğlub edərək bürünc medala yiyələndi.
     Qeyd edək ki, Azərbaycan yığmasının aktivindəki medalların sayı 29-a çatıb. Onlardan da 12-i qızıl, 5-i gümüş, 12-i isə bürüncdür.
     Xatırladaq ki, 12-28 iyun tarixləri arasında keçirilən yarışlarda 6000-dək idmançının 20 növ üzrə 253 dəst medal uğrunda mübarizəsi aparılacaq.
Keçidlər