Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan yığması 35-ci medalı qazandı

22 iyun 2015 | 10:00
   İyunun 21-də Milli Gimnastika Arenasında ilk Avropa Oyunlarında idman  gimnastika üzrə yarışlar başa çatdı. Azərbaycan idmançısı Oleq Stepko kişilərin gimnastika atı üzrə yarışlarında gümüş, dayaqla tullanma yarışlarında bürünc və paralel qollarda hərəkətlər üzrə yarışda isə qızıl medal qazandı. Batut gimnastikasi üzrə isə Azərbaycan idmançısı İlya Qrişunin 58.765 xalla bürünc medalı əldə etdi.     
   Qeyd edək ki, Azərbaycan yığmasının aktivindəki medalların sayı 35-ə çatdı. Onlardan da 14-ü qızıl, 7-i gümüş, 14-ü isə bürüncdür.
    Xatırladaq ki, 12-28 iyun tarixləri arasında keçirilən yarışlarda 6000-dək idmançının 20 növ üzrə 253 dəst medal uğrunda mübarizəsi aparır.
Keçidlər