Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan yığması 39-cu medalı qazandı

24 iyun 2015 | 10:00

   “Bakı 2015” İlk Avropa Oyunlarında 11 gündən sonra Azərbaycan komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub. Yığmamızın aktivindəki medalların sayı 39-a çatdı. Onlardan 14-ü qızıl, 11-i gümüş, 14-ü isə bürüncdür.
        Xatırladaq ki, 12-28 iyun tarixləri arasında keçirilən yarışlarda 6000-dək idmançının 20 növ üzrə 253 dəst medal uğrunda mübarizəsi aparır. Bakı-2015-in ilk 11 günündə ümumilikdə 502 - 154 qızıl, 154 gümüş, 194 bürünc medalın sahibi müəyyənləşdi. Medalçı 40 ölkədən 24-ü çempionluq sevinci yaşadı.

Keçidlər