Yığmamızın aktivindəki medalların sayı 40-a çatdı
25 iyun 2015 | 10:00
Bakı-2015 I Avropa Oyunlarının XIII günündə 10 dəst medalın sahibi müəyyənləşdi. Azərbaycan yığması günü məhz boksda qazanılan medalla tamamladı. Tayfur Əliyevin əldə etdiyi bürünc mükafat yığmamızın Avropa Oyunlarında əldə etdiyi 40-cı medal oldu.
Yığmamız arxada qalan 13 gün ərzində 14 qızıl, 11 gümüş və 15 bürünc mükafata yiyələndi. Bu nəticə ilə millimiz qeyri-rəsmi komanda hesabında 2-ci pillədə qaldı.
Qeyd edək ki, Bakı-2015-in arxada qalan 13 günündə ümumilikdə 573 - 173 qızıl, 173 gümüş, 227 bürünc medalın sahibi müəyyənləşdi. Medalçı 40 ölkədən 25-i çempionluq sevinci yaşayıb. Xatırladaq ki, 12-28 iyun tarixləri arasında keçirilən yarışlarda 6000-dək idmançının 20 növ üzrə 253 dəst medal uğrunda mübarizəsi aparır.