Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun – Silahlı Qüvvələr Günü qeyd olundu

26 iyun 2015 | 10:00
   26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Pirallahı rayonunda yerləşən “N” saylı hərbi hissədə bayram tədbiri keçirildi. Tədbirdə iştirak edən RİH aparatının əməkdaşları  Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını və bayram təbriklərini hərbi hissənin zabit və əsgər heyətinə çatdırdılar və bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və misilsiz xidmətləri nəticəsində müstəqil respublikamızın suverenliyi və ərazi bütövlüyünü düşmən təcavüzündən qorumaq iqtidarında olan, qarşısına qoyulan hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirən qüdrətli ordumuzun yaradılması və inkişaf etdirilməsi ilə suveren Azərbaycan dövlətinin dünyanın siyasi səhnəsində öz yerini almasına zəmin yaranıb. Ulu öndərin ideyalarını layiqincə yerinə yetirən, ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşdırılmasına nail olub.
    Sonra V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin özfəaliyyət “Cəzirə” ansamblı, “Ada” rəqs qrupu, “Cırtdan”, “Bulaq” körpələr evi - uşaq bağçalarının yetirmələri zabit və əsgərlər qarşısında bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Gənc müğənnilər Məleykə Əsədova, Camalə Qambayova, Zakir Abasəliyevin ifasında xalq və bəstəkar mahnıları, bağça yetirmələrinin vətənə və orduya həsr olunmuş şeir kompozisiyası və başqa nömrələr alqışlarla qarşılandı. Musiqi nömrələrindən böyük zövq alan əsgərlər incəsənət ustaları ilə birgə rəqsə qoşuldular. Səhərdən başlayan bayram konserti günortadan xeyli keçənədək davam etdi.
   Sonda hərbi hissənin komandanlığı zabit, gizir və sıravi əsgərlərin adından yaddaqalan bir bayram tədbiri təşkil etdiyinə görə Pirallahı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirdi.
Keçidlər