Pirallahı rayonunda genişmiqyaslı abadlıq işləri həyata keçirilir
30 iyun 2015 | 10:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayonumuzda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır, bir sıra problemlər öz həllini tapmışdır.
Qala-Pirallahı magistral yolu boyunca yol kənarlarında salınmış yaşıllıqlar zonasında böyük miqdarda dekorativ gül kolları əkilərək burada gözəl kompozisiyalar yaradılıb. Salınmış yaşıllıq və yeni əkilmiş ağaclara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir. Ağaclar vaxtı-vaxtında budanır, sudaşıyan maşınlar vasitəsi ilə yuyulur. Ərazi alaq otlarından təmizlənir. Qeyd edək ki, “Bakı 2015” İlk Avropa Oyunlarına həsr olunmuş xüsusi plakatlar hazırlanaraq rayonun bütün qəsəbələrində asılmış, Pirallahı qəsəbəsinin girişində isə böyük panno quraşdırılmışdır.
Pirallahı rayonunda əhali və qeyri-əhali qrupunu mavi yanacaqla fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək məqsədilə qaz təsərrüfatının yenilənməsi işləri davam etdirilir. Pirallahı qəsəbəsində qaz təchizatının və qəsəbənin xarici görünüşünün yaxşılaşdırılması məqsədilə köhnəlmiş dəmir qaz xətləri yeni polietilen borularla əvəzlənib.
Rayon ərazisində MKTB tərəfindən mütəmadi olaraq məişət tullantılarının daşınması həyata keçirilir. Zərurət yaranan yerlərə yeni konteynerlər, o cümlədən quru çörək üçün konteynerlər qoyulur.
Yay mövsümünün başlanması ilə əlaqədar rayon ərazisində 3 yerdə çimərliklər təşkil olunmuşdur. Çimərlik ərazisi təmizlənib, əraziyə kölgəliklər quraşdırılıb. Çimərliklərə aparan yollar cari təmir edilib.
168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisində dam örtüyü vurulub, hal-hazırda binanın daxilində tamamlama işləri aparılır.
Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının inşası davam edir. Hal-hazırda inzibati binada mühəndis kommunikasiya xətləri çəkilir. Yaxınlıqda inşa edilən ikimərtəbəli, sahəsi 570 kvadrat metr təşkil edəcək Heydər Əliyev Mərkəzinin binasında ikinci mərtəbədə son betonlama işləri aparılır. S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən, ümumi sahəsi 3000 kvadrat metr təşkil edən yeni inzibati binanın birinci mərtəbəsinin inşası aparılır. 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında dam örtüyü vurulub və hazırda binada tamamlama işləri aparılır. Eyni zamanda rayon sakinlərinə rabitə xidməti göstərən ATS-57-nin və 77 saylı Poçtun inzibati binasının fasad hissəsi əsaslı təmir edilib.
Pirallahı qəsəbəsinin cənub hissəsində təxminən 5 ha ərazidə sahilbərkitmə işləri həyata keçirilib. 78 saylı Yol İstismar İdarəsi tərəfindən qəsəbədaxili yollar təmir olunur.
Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1200 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri davam edir. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının, blokun və dam örtüyünün təmiri istiqamətində işlər aparılır. Artıq bu məhəllədə üç bina – 11, 13 və 9 nömrəli binalar müasir işıqlandırma sisteminə qoşularaq istifadəyə verilib. Hal-hazırda 15 nömrəli beşmərtəbəli binanın və 10, 12, 14 nömrəli dördmərtəbəli binaların təmiri aparılır. Həmin proses 28-ci məhəllədə də davam etdirilir. Burada 10, 4 və 2 nömrəli binalar əsaslı şəkildə təmir olunur.
S.Bağırov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülür, ərazilər isə təmizlənərək abadlaşdırılır.
Fioletov küçəsində yerləşən ikimərtəbəli binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir. Burada artıq beş binanın dam örtüyü əvəzlənib, hal-hazırda binaların fasadlarının yenilənməsi istiqamətində işlər aparılır.
K.Rzayev küçəsindəki 14 və 24 nömrəli bina əsaslı təmirdən sonra müasir işıqlandırma sisteminə qoşulmuşdur və burada son tamamlama işləri aparılır. 40-cı məhəllədə yerləşən 1Q nömrəli bina da əsaslı təmir olunur.
“Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmanın icrası istiqamətində Pirallahı rayonu ərazisində hazırlıq işləri görülür. Ərazi təmizlənir, oradan keçən bütün kommunikasiya xətlərinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir, o cümlədən 35 KV-luq yerüstü ötürücü xətlər yeraltı kabel xətləri ilə əvəz edilir. YTP Pirallahı adasında 50 hektarlıq ərazidə yaradılacaq “Qızıl üçbucağın” əsas elementlərindən biridir. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcəkdir. Qeyd edək ki, artıq “Yüksək Texnologiyalar Parkı”nın hasarının çəkilməsi başa çatdırılmaqdadır, ərazidə layihəyə uyğun inşaat işlərinə başlanmışdır, Shouroom (Nümayiş zalı) adlı ilk tikilinin inşası aparılır.
Pirallahı adasının sənaye zonasında 6,4 ha ərazidə “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ın tikintisi aparılır və burada hal-hazırda kommunikasiya xətlərinin ərazidən çıxarılması işləri yekunlaşmışdır. Bütün çənlərin (24 ədəd) özülləri betonlanıb, döşəmələrinin polad vərəqələri quraşdırılıb. Neft və lay suları nasosxanalarının binalarının karkasları tikilib, qapıları quraşdırılıb, nasosaltı bünövrələr betonlanıb, neft nasosxanasının giriş hissəsindəki xətlər çəkilib. Artıq ikimərtəbəli inzibati bina və keçid məntəqəsi tikilib, suvaq və elektrik işləri aparılır. Obyektdə inşaat işləri yüksək templərlə davam etdirilir.