Şriftin ölçüsü :

Saytın rəngi :

İnsan kapitalının inkişafı prioritet istiqamətlərdən biridir

09 iyul 2015 | 10:00
   Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin  səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin böyük səyləri sayəsində təhsil sistemi Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Ümumilikdə son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilərək və ya əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz olunub. Bu gün Azərbaycan məktəblərinin 90 faizdən çoxu kompüter və digər İKT avadanlığı ilə təchiz edilmişdir. Ölkəmizin bütün regionlarında yeni məktəblər inşa edilir, onlara yeni korpuslar tikilir, məktəblərimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır.
    Bu baxımdan Pirallahı rayonunda görülən işlər xüsusilə təqdirəlayiqdir. İlk növbədə qeyd edilməlidir ki, Dövlət Proqramına uyğun olaraq Pirallahı rayonundakı 6 məktəbin hamısı təmir olunaraq lazımı avadanlıqlarla təmin edilmişdir. Pirallahıda bu işlərə 2008-ci ildən başlanıb və ilk olaraq 235 №-li tam orta məktəb əsaslı təmir olunub. 2011-ci ildə 186 və Gürgən qəsəbəsində yerləşən 231 №-li tam orta məktəblər, 2012-ci ildə isə 243 №-li tam orta məktəb əsaslı təmir olunmuşdur. Çilov adasında yerləşən 131 №-li tam orta məktəb də 2007-ci ildə Dövlət Neft Şirkəti tərəfindən əsaslı təmir olunaraq müəllim və şagird kollektivinin ixtiyarına verilmişdir.
     Dövlət Proqramına uyğun olaraq 2013-cü ilin oktyabr ayından Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən 168 №-li tam orta məktəbin əsaslı təmir işləri başlamışdır və 2014-2015-ci tədris ilinə istifadəyə verilmişdir. Qeyd edək ki, 168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun inşası davam edilir. Hal-hazırda binanın dam örtüyü vurulub və binanın daxilində  son tamamlanma işləri aparılır.
Keçidlər