Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Yüksək Texnologiyalar Parkında inşaat işləri davam etdirilir

13 iyul 2015 | 10:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 sentyabr 2013-cü il tarixində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin  984 N-li Fərmanını imzalamışdır. Ölkə başçımızın müvafiq fərmanı ilə Yüksək Texnologiyalar Parkı üçün Pirallahı adasında 50 hektar ərazi ayrılmışdır. Bu fərmanın əsas məqsədi
iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etməkdən ibarətdir.
    Pirallahı Yüksək Texnologiyalar Parkın müasir standartlar səviyyəsində qurulmasına  vaxt və böyük maliyyə vəsaitinin tələb olunması səbəbindən  tikinti işlərinin dörd faza üzrə aparılacaq və  Parkın tam tikilməsi 5 ilə nəzərdə tutulub.
   Hal-hazırda ərazi təmizlənir, oradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir, o cümlədən 35 KV-luq yerüstü ötürücü xətlər yeraltı kabel xətləri ilə əvəz edilir.  YTP Pirallahı adasında 50 hektarlıq ərazidə yaradılacaq “Qızıl üçbucağın” əsas elementlərindən biridir. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcəkdir.
   Qeyd edək ki,  artıq  “Yüksək Texnologiyalar Parkı”nın hasarının çəkilməsi başa çatdırılmaqdadır, ərazidə layihəyə uyğun inşaat işlərinə başlanmışdır, Shouroom (Nümayiş zalı) adlı ilk tikilinin inşası aparılır. Yaxın vaxtlarda digər  obyektlərin, o cümlədən tədris mərkəzinin, ofis binalarının və İnkubator idarəetmə ofisinin də  təməlqoyma mərasimi  planlaşdırılır. Hazırda YTP ərazisindən keçən yol gələcəkdə dəniz kənarına keçiriləcək və bu magistral xətt tamamilə Yüksək  Texnologiyalar Parkına məxsus olacaq.
Keçidlər