Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda iftar süfrəsi təşkil olundu

14 iyul 2015 | 10:00
     Hər il olduğu kimi, bu il də Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Pirallahı qəsəbəsi 28-ci məhəllədə yerləşən Xeyir-şər evində 300 nəfərlik iftar süfrəsi açıldı.
      Mərasim rayon rəhbərliyi və ictimaiyyətinin, YAP Pirallahı Rayon Təşkilatı İdarə heyəti və fəallarının, bələdiyyələrin, rayonda fəaliyyət göstərən din xadimlərinin, müharibə veteranlarının, şəhid ailələrinin, rayonda məskunlaşmış məcburi köçkünlərin – ümumilikdə 300 nəfərin iştirakı ilə keçirildi.
    Mərasimdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşı Cəlil Mirzəyev tədbir iştirakçılarını  RİH başçısı Vasif İmanov adından qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik etdi. Bildirdi ki, milli və dini tolerantlığın hökm sürdüyü Azərbaycan Respublikasında bütün dini bayramlar, o cümlədən də Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Azərbaycanda hökm sürən bu inkişafın, birliyin, vicdan azadlığının təməlində ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Bu gün həmin siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir. C.Mirzəyev qeyd etdi ki, insanpərvərlik, birlik, həmrəylik bayramı olan Ramazan bayramı hər il dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd edilir. Hər yerdə iftar süfrələri açılır, imkansızlara yardımlar göstərilir. Bu tədbirlər artıq Pirallahı rayonunda da ənənə halını almışdır. Azərbaycanda və eləcə də Pirallahı rayonunda açılan hər bir iftar süfrəsi ölkəmizdə ənənəvi tolerantlığın bariz nümunəsinə çevrilir.
Keçidlər