Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda aztəminatlı ailələrə bayram sovqatı təqdim edildi

16 iyul 2015 | 10:00
    16 iyul 2015-ci il tarixində Ramazan Bayramı münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətində şəhid ailələri, rayon ərazisində məskunlaşmış məcburi köçkünlər və aztəminatlı ailələrlə görüş keçirildi. 
     Görüş zamanı Ramazan Bayramının ölkəmizdə müstəqillik əldə edildikdən sonra geniş qeyd olunduğu vurğulandı, iştirakçılara Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun bayram təbrikləri çatdırıldı. Daha sonra Pirallahı rayonu İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına bayram sovqatı təqdim edildi. Məcburi köçkünlər Salahov İdris və Alyarova Məhluqə, Qarabağ müharibəsi əlili Hacıyev İlqar, şəhid ailəsi Əliquliyeva Hafizə, Pirallahı qəsəbə sakinləri Zeynalova Sona, Əliyeva Şəfiqə və başqaları Pirallahı rayonuna və onun sakinlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Səhhətindəki problemlərlə əlaqədar görüşdə iştirak edə bilməyən şəhid ailələri, rayon ərazisində məskunlaşmış məcburi köçkünlər və aztəminatlı ailələr evlərində ziyarət olundular. Bütövlükdə yüzə yaxın aztəminatlı ailəyə bayram sovqatı təqdim edilmişdir.
Keçidlər