Ağdamın işğalından 22 il ötür
23 iyul 2015 | 10:00
Pirallahı rayonunda Ağdam şəhəri və ətraf 82 yaşayış məntəqəsinin qəsbkar ermənilər tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar Pirallahı rayon kütləvi kitabxanasında tədbir keçirildi. Tədbirdə iştirak edən Pirallahı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, yerli ziyalılar, Qarabağ döyüşlərinin veteranları, şəhid ailələri və müharibə əlilləri, məcburi köçkünlər çıxış edərək rayonun tarixindən, işğal nəticəsində Ağdama dəymiş ziyandan, müharibə dövründə ağdamlıların göstərdikləri qəhrəmanlıqlardan danışdılar. Qeyd edildi ki, öz vətənini, torpağını sevən hər bir insan üçün uşaqlıq xatirələri ilə dolu kəndinin, el-obasının işğalını yad etmək çox ağırdır. Bu tarix hər bir ağdamlının qəlbində acı bir xatirə kimi hər zaman yaşayır və yaşayacaq. Dağlıq Qarabağ münaqişəsi başlayan ilk gündən Ağdam hadisələrin mərkəzində oldu. Müharibə zamanı ağdamlılar öz mərdlik və şücaətlərini ortaya qoydular, son ana qədər Ağdamın müdafiəsindən geri çəkilmədilər. Çıxışlar zamanı Ağdamın ulu öndər Hеydər Əliyеvin qurduğu yеni Azərbaycanda yenidən öz əzəmətini bərqərar еdəcəyi zamanı, hamının işğal gününün qələbə gününə çevriləcəyini həsrətlə gözlədiyi vurğulandı.
Xatırladaq ki, Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən 1993-cü il iyulun 23-də işğal olunub. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir. İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikilisi, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 klub olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.