Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Dövlət Proqramı uğurla icra edilir

24 iyul 2015 | 10:00
   Bu gün ölkəmizin bütün guşələrində, eyni zamanda paytaxt Bakıda və onun qəsəbələrində tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır, bir sıra problemlər öz həllini tapır. Bu baxımdan Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.  Pirallahı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır.
   “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı qəsəbəsində mərkəzi yol və ətraf ərazilər abadlaşdırılır, qəsəbədəki yaşayış məhəllələrində nümunəvi həyətlər yaradılır, dəniz sahili boyu, qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi tam abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır. İllərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır.
   168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisində dam örtüyü vurulub, hal-hazırda binanın daxilində və idman zalında tamamlama  işləri aparılır.
Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmiri davam edir. Qeyd edək ki, Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca 22 ədəd iki, dörd və beş mərtəbəli yaşayış binasından 15-nin fasadının yenilənməsi başa çatdırılmışdır. 7 binanın fasadının yenilənməsi davam etdirilir. Mərkəzi prospekt boyunca yerləşən Fioletov, K.Rzayev küçələrində, 28-ci və 29-cu məhəllələrdə binaların fasadının yenilənməsi ilə yanaşı giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində də işlər aparılır.
Pirallahı qəsəbəsinin S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə inşaat meydançası hazırlanaraq yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılmışdır, hazırda binanın təməli qoyulur.
   Günəş elektrik stansiyasının inşa edilməsi məqsədilə Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmışdır. Qısa müddət ərzində torpaq sahəsi, layihə və tikinti sənədləri ilə əlaqədar bütün məsələlər Bakı Şəhər İcra Hakimiyyətində, Şəhərsalma və Arxitektura Komitəsində, eləcə də Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış və Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisinin birinci mərhələsi başa çatmışdır. Layihənin ikinci mərhələsinə hazırlıq işləri görülür. Yeni avadanlıqların quraşdırılması üçün əlavə olaraq 5 ha torpaq sahəsinin ayrılması istiqamətində sənədləşmə işləri aparılır.
   Qeyd edək ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkının inşası, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı zavodunun və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi, Pirallahı qəsəbəsində 168 №-li tam orta məktəb üçün 15 əlavə sinif otağının və idman zalının tikintisi, Pirallahı qəsəbəsində 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, Gürgən qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində yeni binanın tikintisi, Pirallahı qəsəbəsində “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçaların tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində idman meydançalarının yaradılması, Pirallahı qəsəbəsində Gənclər evinin və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri, Qala-Pirallahı avtomobil yolunun tikintisinin davam etdirilməsi, Pirallahı adasını sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə işlərinin aparılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub.
Keçidlər