Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşlarla növbəti səyyar görüş keçirdi
28 iyul 2015 | 10:00
28 iyul 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun Pirallahı qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı, aparatın şöbə müdirləri, məsul işçiləri, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Vasif Imanov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi. V.İmanov bildirdi ki, bu gün hər bir bölgədə olduğu kimi, rayonumuzda da tikinti-abadlıq işləri geniş vüsət almışdır, durmadan yeni yollar çəkilir, təhsil və səhiyyə müəssisələri əsaslı təmir olunur, uşaq bağçaları tikilir, qaz, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılır və yeni infrastruktur layihələri həyata keçirilir.
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qəsəbə sakinlərinin təklif və problemlərini dinlədi, qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti üzrə tövsiyə və tapşırıqlarını verdi.
Daha sonra qəsəbə sakinləri rayonda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.