Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti iməcilik keçirildi

01 avqust 2015 | 10:00
   Ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində  silsilə tədbirlər həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində rayonumuz abad və yaşıllıqlarla zəngin bir guşəyə çevrilməkdədir. Pirallahı qəsəbəsində ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Qəsəbənin mərkəzi yolboyu və ətraf ərazilər, yaşayış məhəllələri, dənizin sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək  abadlaşdırılır, yeni yaşıllıqlar salınır.
   Təsdiq edilmiş tədbirlər planına əsasən mütəmadi olaraq rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə ümumrayon iməcilikləri  keçirilir. Bununla əlaqədar 01 avqust 2015-ci il tarixdə Pirallahı rayonunda növbəti iməcilik keçirildi. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin, V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin və Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları iştirak etdilər. Aksiya zamanı əkilmiş ağaclar və gül kolları suvarıldı, ərazi abadlaşdırılaraq səliqəyə-salındı. Ərazidə əkilən ağaclara, yaşıllıqlara qulluq və abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur.
   Xatırladaq ki, yaradıldığı gündən indiyədək Pirallahı rayonu ərazisində 100 mindən çox ağac və 20 mindən çox mövsümi gül kolları əkilmişdir.
Keçidlər