168 nömrəli tam orta məktəbin əlavə korpusu 2015-2016-ci tədris ilinə tam istifadəyə veriləcək
10 avqust 2015 | 10:00
Bu gün müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin böyük səyləri sayəsində təhsil sistemi Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Təhsil sisteminin maddi-texniki bazası günbəgün inkişaf etdirilir. Minlərlə məktəb binasının tikintisi və müasir avadanlıqlarla təchiz edilməsi göz önündədir. Təhsilin məzmununda dəqiq, real və işlək planlar üzrə addım-addım məqsədyönlü islahatlar həyata keçirilir.
Bu baxımdan Pirallahı rayonunda görülən işlər xüsusilə təqdirəlayiqdir. İlk növbədə qeyd edilməlidir ki, Dövlət Proqramına uyğun olaraq Pirallahı rayonundakı 6 məktəbin hamısı təmir olunaraq lazımı avadanlıqlarla təmin edilmişdir. Pirallahıda bu işlərə 2008-ci ildən başlanıb və ilk olaraq 235 №-li tam orta məktəb əsaslı təmir olunub. 2011-ci ildə 186 və Gürgən qəsəbəsində yerləşən 231 №-li tam orta məktəblər, 2012-ci ildə isə 243 №-li tam orta məktəb əsaslı təmir olunmuşdur. Çilov adasında yerləşən 131 №-li tam orta məktəb də 2007-ci ildə Dövlət Neft Şirkəti tərəfindən əsaslı təmir olunaraq müəllim və şagird kollektivinin ixtiyarına verilmişdir.
Dövlət Proqramına uyğun olaraq 2013-cü ilin oktyabr ayından Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən 168 №-li tam orta məktəbin əsaslı təmir işləri başlamışdır və 2014-2015-ci tədris ilinə istifadəyə verilmişdir. Adıçəkilən məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun inşası davam edilir. Qeyd edək ki, tikintinin ümumi sahəsi 906 kvadrat metrdir, bunun 325 kvadrat metrini idman zalı, 581 kvadrat metrini isə 3-mərtəbəli əlavə korpus təşkil edir. Tikinti işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır, 2014-cü ilin oktyabr ayından başlanıb və 2015-2016-ci tədris ilinə yekunlaşması nəzərdə tutulub. Onu da qeyd edək ki, məktəbin ümumi ərazisi 8500 kvadrat metr təşkil edir, ərazidə abadlıq işləri aparılıb, qazon örtüyü salınıb, 20 yaşıl kol, 10 şam ağacı və 15 dekorativ ağac əkilib. Hazırda əlavə korpusda son tamamlanma işləri görülür.