Şriftin ölçüsü :

Saytın rəngi :

“Rezervuarlar Park”ının inşası işləri davam etdirilir

12 avqust 2015 | 10:00
     Ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması Pirallahı rayonunda prioritet məsələlərdən biridir.  Bu məqsəd ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı  abadlıq  və yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilməkdədir.  Rayonda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Pirallahı qəsəbəsində mərkəzi yol boyu ərazilər, yaşayış məhəllələri, dəniz sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır.  Ekoloji durumu daha da yaxşılaşdırmaq məqsədilə ötən illərdə 2 ha neftlə çirklənmiş ərazinin təmizlənməsi və abadlaşdırılması işləri davam etdirilir.
      Rayonun  Baş planının hazırlanması istiqamətində görülən işlər artıq başa çatmaq üzrədir. Baş Planın tərkib hissəsi olan Pirallahı qəsəbəsinin Baş planının hazırlanması ilə bağlı işlər artıq başa çatdırılmışdır. Planda nəzərdə tutulan qəsəbənin girişində mövcud olan neft çənlərinin, neftin nəqli ucun istifadə olunan kəmərlərin ləğvi işlərinin həyata keçirilməsi məqsədilə görülən işlər davam etdirilməkdədir. Artıq Səməd Vurğun küçəsində yerləşən köhnə nəql boruları ləğv olunub. Layihə üzrə  Pirallahı adasının sənaye zonasında 6,4 ha sahədə “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi məqsədilə kommunikasiya xətləri ərazidən çıxarılmışdır. Burada ümumi tutumu 30 min m3 olan 24 ədəd müxtəlif tutumlu rezervuar tikilməkdədir. Rezervuarlar Parkının istismara verilməsi nəticəsində Pirallahı adası boyu yerləşən neft anbarları, çənləri, nəql xətləri, kompressor stansiyası yeni inşa olunan parka köçürüləcək, eləcə də sovetlər dövründən qalmış mazut-qır gölü ləğv ediləcəkdir. Hal-hazırda 24 çəndən 20-si quraşdırılıb, neft və lay suları nasosxanalarının binalarının karkasları tikilib, qapıları quraşdırılıb, nasosaltı bünövrələr betonlanıb, neft nasosxanasının giriş hissəsindəki xətlər çəkilib. Artıq ikimərtəbəli inzibati bina və keçid məntəqəsi tikilib, suvaq və elektrik işləri aparılır. Eyni zamanda perimetr boyu hasarlama işlərinə başlanıb və ərazidə planlama işləri gedir. Obyektdə inşaat işləri yüksək templərlə davam etdirilir.
Keçidlər