Pirallahı Rayon İcra Hakimiyyətində “Vətəndaşların müraciətlərinə baxılması və kargüzarlıq işinin təşkili”, etik davranış qaydaları mövzusunda müzakirə keçirildi
21 avqust 2015 | 10:00
21 avqust 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətində “Vətəndaşların müraciətlərinə baxılması və kargüzarlıq işinin təşkili” mövzusunda müzakirə keçirildi. İclasda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini və etik müvəkkili Vəzir Səfixanov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Pirallahı rayonunun inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun digər idarə və müəssisələrinin nümayəndələri iştirak etdilər.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini və etik müvəkkili Vəzir Səfixanov qonaqları salamlayaraq bildirdi ki, vətəndaşların ərizə və şikayətlərini yaradan səbəblər tam dəqiqliklə araşdırılmalıdır və vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir. V. Səfixanov qeyd etdi ki, dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirəcək, habelə dövlət orqanının nüfuzunu aşağı salacaq hərəkətlərə yol verməməlidir.
Tədbirdə çıxış edən RİH Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mahir Qarayev qeyd etdi ki, Aparatda sənədlərlə və vətəndaşların müraciətləri ilə işin təşkili bu sahədə qüvvədə olan aktların, eləcə də digər sənədlərin tələblərinə uyğun olaraq aparılmalıdır. Bunlara əsasən Azərbaycan Respublikasının 1997-ci il 10 iyul tarixli 314 İQ nömrəli Qanununun, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat, müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”nın, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın, Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat, müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat” aiddir. M.Qarayev bildirdi ki, sənədlərlə işin təşkilində iş nomenklaturu siyahısı tərtib olunması, aidiyyəti qovluqların açılması və müvafiq qaydalara uyğun jurnalların səhifələrinin nömrələnməsinə diqqət yetirilməlidir.
İclasda tədbir iştirakçılarının sualları cavablandırıldı və işin təşkilinə dair bir sıra tövsiyələr verildi.