Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunun işğalından 22 il ötür

31 avqust 2015 | 10:00
   31 avqust 2015-ci il tarixdə Pirallahı rayon kütləvi kitabxanasında Qubadlının işğalının 22-ci ildönümünə  həsr edilmiş tədbir keçirildi. Tədbirdə iştirak edən Pirallahı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, yerli ziyalılar, Qarabağ döyüşlərinin veteranları, şəhid ailələri və müharibə əlilləri, məcburi köçkünlər çıxış edərək rayonun tarixindən, işğal nəticəsində Qubadlıya dəymiş ziyandan danışdılar. Bildirildi ki, erməni təcavüzü zamanı Qubadlıda 5 il müddətində 238 şəhid, 146 nəfər əlil olub. Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub.
   Qeyd edildi ki, Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.
Keçidlər