Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində səyyar sərgi açıldı
02 sentyabr 2015 | 10:00
Bu gün V.Mustafazadə adına Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Din Tarixi muzeyinin səyyar sərgisinin açılış mərasimi keçirildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri iştirak edirdilər.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə açılmış sərgidə muzeyin eksponatları nümayiş etdirilir. Sentyabrın 4-də qədər davam edəcək sərgiyə gələn qonaqlara muzeyin əməkdaşları tarixi mövzularda mühazirələr oxuyacaqlar.