Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda fərdi və cüt ötüşmələr üzrə Azərbaycan çempionatı keçirildi

10 sentyabr 2015 | 10:00
   Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci il üçün təqvim-planına uyğun olaraq, Pirallahı rayonu ərazisində şosse velosipedi üzrə fərdi və cüt ötüşmələr üzrə Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən yarışda 70-ə yaxın idmançı mübarizə aparıb.
   Fərdi yarışlarda 15 yaşa qədər velosipedçilər arasında 8 km məsafəni hamıdan tez "Atasport" klubunun təmsilçisi Ramazan Əliyev qət edib. 17 yaşlılar arasında "Lokomotiv" klubunun nümayəndəsi Kərim Şirəliyev 11,5 km-lik marşrutda birinci olub. 15 km məsafəyə yarışan Elit, U-23 və gənclər kateqoriyasında isə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin idmançısı Ayxan İltifatlı hamıdan yüksək nəticə göstərib.
   Cüt ötüşmələrə gəlincə, 15 yaşlılar arasında "Atasport" və İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yetirmələri Ramazan Əliyev və Qadir Mustafayevdən ibarət duet 15 km məsafəni ən yaxşı göstərici ilə tamamlayıblar. Müvafiq olaraq "Lokomotiv" və 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbini təmsil edən Kərim Şirəliyevlə Mikayıl Səfərli 17 yaşlılar arasında 20 km məsafəyə mübarizədə Azərbaycan çempionu adına layiq görülüblər. Və nəhayət, Elit, U-23 və gənclər arasında birinci yeri "Lokomotiv" klubunun velosipedçiləri tutublar - Məhəmməd Ələkbərov və Musa Mikayılzadədən ibarət cütlük 25 km məsafəni hamıdan tez qət edib.
    futbolxeber.az
Keçidlər