Şriftin ölçüsü :

Saytın rəngi :

18 sentyabr - Milli Musiqi Günüdür

18 sentyabr 2015 | 10:00
    18 sentyabr Milli Musiqi Günü münasibəti ilə Pirallahı rayon 14 nömrəli Uşaq Musiqi Məktəbində dahi bəstəkarımız, görkəmli xadim, Azərbaycan professional musiqisinin banisi, Azərbaycan musiqisini bütün dünyaya tanıdan Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş "Milli Musiqimiz" adlı konsert proqramı keçirildi. Məktəbin direktoru Nemət Mürsəlov çıxışında dahi bəstəkarımız Ü.Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş nitq söyləyərək konsert iştirakçılarını bu bayram münasibətilə təbrik etdi. Daha sonra məktəbin şagirdləri Ü.Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdi. Məktəbin xalq çalğı alətləri şöbəsinin 5-ci sinif şagirdi Leyla Abbasova kamançada Ü.Hacıbəylinin "Sevgili Canan" əsərini məharətlə ifa etdi. Növbəti çıxış fortepiano şöbəsinin şagirdlərinin idi. Məktəbin 6-cı sinif şagirdi Ülkər Əliyeva və 7-ci sinif şagirdi Zəhra Umudova Ü.Hacibəylinin "Koroğlu" operasından rəqslər ifa etdilər. Məktəbin 5-ci sinif şagirdi Aygün Əliyeva və Zəhra Umudova isə Ü.Hacıbəylinin "Sənsiz" əsərini ifa etdilər. Fortepiano şöbəsinin 7 - ci sinif şagirdləri Roza Qabibullayeva, Eldar Zabralıyev, 3 - cu sinif şagirdləri Emilya Albayraq, Angelina Mustafayeva, 4-cü sinif şagirdləri İsa İbrahimov və Fatimə İbrahimova biri-birinin ardınca Ü.Hacıbəylinin "Uşaq Pyesləri", "Aşıqsayağı", "Sonatina", “Axşam oldu” və bir neçə əsərlərini ifa etdilər. Konsertdə məktəbin rəhbərliyi, müəllim-şagird kollektivi və valideynlər iştirak edirdi. Konsert proqramı dinləyicilər tərəfindən böyük rəğbətlə qarışlandı.
Keçidlər