Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Beynəlxalq Sülh Günü” münasibətilə silsilə tədbirlər keçirilir

21 sentyabr 2015 | 10:00
   21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur və bu əlamətdar gün münasibətilə Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.
   Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, Pirallahı kütləvi kitabxanasında, 29 saylı Pirallahı Uşaq Yaradıcılıq Mərkəzində “Beynəlxalq Sülh Günü” münasibətilə tədbirlər  təşkil olunmuşdur.  Tədbirlərdə Pirallahı RİH-nin əməkdaşları, YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin üzvləri, rayonunun təhsil, mədəniyyət ocaqlarının işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
   Tədbirlərdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan xalqı əsrlər boyu özünün sülhsevərliyi, humanizmi ilə tanınıb. Lakin bu gün Azərbaycan torpaqlarının 20 faizi xain qonşular tərəfindən işğal altında saxlanılır, 1 milyondan çox soydaşımız doğma Vətənimizdə məcburi köçkünə çevrilib. Dövlətimizin Başçısı, Prezident İlham Əliyev təcavüzkarın geri oturdulması, torpaqlarımızın işğaldan azad edilməsi üçün dinc danışıqlara, sülh prosesinə üstünlük verir. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun ildən-ilə daha da güclənməsi məqsədilə zəruri olan bütün tədbirləri görür. Bu gün Milli Ordumuz regionda ən güclü ordudur, bütün sahələrdə düşməndən qat-qat üstündür və bu fakt onu sübut edir ki, biz sülh istəyirik. Lakin heç kəs Azərbaycan xalqının sülhsevərliyindən, humanizmindən, insanpərvərliyindən sui-istifadə edə bilməz. Hər qarış Azərbaycan torpağı, doğma Qarabağımız, Prezident İlham Əliyevin dediyi kimi, ya sülh, danışıqlar, ya da başqa yolla mütləq düşmən tapdağından azad ediləcəkdir. Bu prosesin dinc yolla baş verməsinin qaçılmaz olmasını mənfur qonşularımız nə qədər tez anlasalar, məhz  onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı sülh prosesinə daim sadiqdir.
   Növbəti tədbir 21 sentyabr 2015-ci il tarixində 231 N-li tam orta məktəbdə “Heydər baba, bizə sülhü Sən bağışladın!” başlıqlı tədbir keçirildi. Tədbirdə çıxış edənlər bugünkü sülhü, sabitliyi, əmin-amanlığı bizə ulu öndər Heydər Əliyevin 1994-cü ildə atəşkəsə nail olmaqla bəxş etdiyini bildirdi. Bu gün 186 nömrəli tam orta məktəbdə də "Yurdda sülh, cahanda sülh!" mövzüsüna dair tədbir keçirildi.
Keçidlər