Neftçilərin əmək və sosial şəraiti dünya standartları səviyyəsində təşkil olunub
19 sentyabr 2015 | 10:00
Bu fikirlər Pirallahıda “Neftçilər Günü” ilə bağlı təşkil edilmiş tədbirdə səsləndirildi
Ötən gün Pirallahı rayonunda 20 Sentyabr - “Neftçilər Günü” böyük ruh yüksəkliyi ilə qeyd edildi. Bayram tədbirində “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov, baş mühəndis İman İsmayılov, rəis müavini Ələddin Mürsəlov, baş geoloq Fazil İbrahimov, Pirallahı Rayon İcra Hakimiyyətinin, “Azneft” İstehsalat Birliyinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov Dövlət Neft Şirkətinin rəhbərliyi adından bütün neftçiləri təbrik etdi, onlara can sağlığı, uzun ömür, əmək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzuladı. Ş.Hüseynov ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın inqisadi və siyasi inkişafı üçün atdığı çevik və mütərəqqi addımlardan bəhs etdi və bildirdi ki, məhz 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında dünyanın ən iri neft şirkətləri ilə bağlanan “Əsrin müqaviləsi” ölkəmizin bugünkü və gələcək iqtisadi inkişafını təmin etmiş oldu. Qeyd edildi ki, dahi öndərin müdrikliklə əsasını qoyduğu siyasi və iqtisadi kursu bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev uğurla davam etdirir.
Bildirildi ki, “Abşeronneft” NQÇİ-nin fədakar zəhmətkeşləri özlərinin peşə bayramlarını əməkdə və sosial sahədə nailiyyətlərlə qarşılayırlar. Dənizdə yeni-yeni özüllər qurulur, quyular qazılır, estakadalar təmir edilir, neftçilərin rifah halı ildən-ilə yüksəlir. Son illər neft sahəsində çalışan insanlara və onların ailə üzvlərinə göstərilən daimi diqqət və qayğıdan bəhs edən Ş.Hüseynov bildirdi ki, əvvəllər Pirallahıda və digər sahələrdə çalışan neftçilərin əmək və sosial şəraitləri lazımi səviyyədə deyildi, bir çox çətinliklər mövcud idi. Lakin Prezident İlham Əliyevin hər bir sahəyə olduğu kimi, neft sektoruna da olan diqqət və qayğısı, o cümlədən Dövlət Neft Şirkəti rəhbərliyinin böyük səyləri ilə bu gün nəinki Pirallahıda, həmçinin Çilov adasında və Neft Daşlarında, digər ərazilərdə çalışan böyük neftçi ordusunun əmək və sosial şəraiti dünya standartları səviyyəsində təşkil olunub və bu iş daha yüksək templərlə davam etdirilməkdədir. Tədbirdə çıxış edən digər natiqlər fədakar dəniz neftçilərini peşə bayramları münasibətilə səmimi-qəlbdən təbrik etdilər və onlara uğurlar arzuladılar. Daha sonra “Abşeronneft” NQÇİ-nin Həmkarlar İttifaqı Təşkilatının sədri Oruc Mustafayevin və Sosial inkişaf şöbəsinin rəisi Şamil Kazımovun iştirakı ilə 14 nəfər qabaqçıl işçiyə mükafatlar və bayram hədiyyələri verildi. Bir qrup gənc neftçiyə isə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edildi. Bayram tədbirinə neftçilərin şərəfli əməyini əks etdirən qısametrajlı filmin nümayişi ilə yekun vuruldu.