Şriftin ölçüsü :

Saytın rəngi :

168 №-li tam orta məktəbdə “Diqqət uşaqlar” mövzusunda tədbir keçirildi

22 sentyabr 2015 | 10:00
    21 sentyabr 2015-ci il tarixdə 168 №-li tam orta məktəbdə ərazi yol polis əməkdaşları və ictimai qurumların nümayəndələri ilə birgə müəllimlərin, şagirdlərin və valideynlərin iştirakı ilə görüş keçirilmişdir. Tədbirin əsas məqsədi yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması, təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsi istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir. Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Fəxrəddin Babayev, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul  əməkdaşı Namiq Hüseynov  təhlükəsiz davranış qaydalarını bir daha şagirdlərin və valideynlərin nəzərinə çatdırmış, öz tövsiyələrini vermişdir. Şagirdlərlə sorğu keçirilmiş, yol hərəkəti qaydaları bir daha təkrarlanmış, şagirdlərin bu sahədə öyrəndikləri biliklər möhkəmləndirilmişdi.
    Öz çıxışında Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşı, kapitan Elçin Əhmədov tədbir iştirakçılarına tədbirin əhəmiyyəti barədə məlumat verdi.
Keçidlər