Pirallahı rayonunda müqəddəs Qurban Bayramı münasibətilə qurbanlar kəsildi
24 sentyabr 2015 | 10:00
Dünya müsəlmanlarının sevinclə gözlədikləri və böyük təmtəraqla qeyd etdikləri müqəddəs Qurban Bayramı hər il olduğu kimi bu il də ölkəmizdə geniş şəkildə qeyd olunur. Bayram günlərində hər bir imkanlı müsəlman öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.
Pirallahı rayonunda da ənənəvi olaraq qeyd edilən Müqəddəs Qurban bayramı münasibətilə 300-ə yaxın aztəminatlı, əlil, ahıl və kimsəsiz ailəyə, o cümlədən məcburi köçkün və şəhid ailələrinə bayram sovqatı təqdim olundu. Rayonun Pirallahı, Gürgən, Çilov və Neft Daşları qəsəbələrində bayramla bağlı keçirilən mərasimlərdə qurbanlar kəsilərək paylandı.
Pirallahı qəsəbəsində keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları çıxış edərək, Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi, bu cür xeyriyyə aksiyalarının məqsədinin milli-mənəvi dəyərlərimizi təbliğ etmək, insanları birliyə, əmin-amanlığa səsləmək, aztəminatlı ailələrin, əlil, ahıl və kimsəsizlərin bayram sevincinə şərik çıxmaq, onları sevindirməkdən ibarət olduğunu diqqətə çatdırdı.
Sakinlər də çıxışlarında daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.