Tam orta məktəb şağirdləri yol hərəkət qaydalarını öyrənir
29 sentyabr 2015 | 10:00
Pirallahı rayonunda tam orta məktəb şagirdlərinə yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbirlər keçirilir.
29 sentyabr 2015-ci il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində növbəti tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.
Qeyd edək ki, tədbirin əsas məqsədi yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması, təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsi istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir.
Tədbirdə çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Fəxrəddin Babayev əsas diqqətin təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsininin vacibliyini vurğuladı və hamını yol hərəkəti qaydalarına riayət etməyə çağırdı. F. Babayev qeyd etdi ki, uşaqların təhlükəsizliyinin təmin olunmasında ən çox iş valideynlərin və müəllimlərin üzərinə düşür.
Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İlqam Əsgərov, 186 nömrəli tam orta məktəbin direktoru Arif Xankişiyev və digər çıxış edənlər yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənilməsinin və buna əməl olunmasının vacibliyini vurğuladılar. Bildirdilər ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin müəllimləri arasında maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.