Şriftin ölçüsü :

Saytın rəngi :

14 nömrəli Musiqi Məktəbi Ahıllar günü münasibəti ilə Bilgəhdə yerləşən pansionat sakinlərini öz konsert proqramı ilə sevindirdi

02 oktyabr 2015 | 10:00
    1 oktyabr Ahıllar günü münasibəti ilə Pirallahı rayon 14 - nömrəli Uşaq Musiqi Məktəbi 30 sentyabr 2015 - ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri pansionatında tədbir keçirmişdir.
    Tədbirdə 14 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nemət Mürsəlov çıxış edərək bütün pansionat sakinlərini və bütövlükdə Azərbaycanın yaşlı nəslinin nümayəndələrini 1 oktyabr Ahıllar günü münasibətilə təbrik etdi, onlara uzun ömür can sağlığı arzuladı. Bundan sonra söz musiqiyə verildi. Məktəbin xalq çalğı alətləri ansamblın ifasında Azərbaycanın xalq artisti M.Maqomayevin "Azərbaycan" əsəri səslənildi. Məktəbin Fortepiano şöbəsinin 7 - ci sinif şagirdi  Zəhra Umudovanın ifasında T.Quliyevin "Qaytağı" rəqsi və "Koroğlu" operasından rəqs alqışlarla qarşılandı.
   Tədbir bütün iştirakçıların böyük marağına və rəğbətinə səbəb oldu.
Keçidlər