Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda yol hərəkəti qaydaları ilə bağlı növbəti tədbir keçirildi

03 oktyabr 2015 | 10:00
    Pirallahı rayonunda tam orta məktəb şagirdlərinə yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir.
    02 oktyabr  2015-ci il tarixdə 168 nömrəli tam orta məktəbdə keçirilən tədbirin əsas məqsədi uşaqlara təhlükəsiz davranış qaydalarını öyrətmək, onların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini nümayiş etdirməkdən ibarət oldu. Toplantıda Pirallahı Rayon İcra Hakimiyyətinin, Pirallahı     Rayon Polis Şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.
    Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov bildirdi ki, yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların  davranışından asılıdır. Məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər. Qeyd edildi ki, uşaqların qəzalar nəticəsində bədən xəsarəti almaları barədə xəbərdar olunması yalnız ailənin deyil, məktəblərin, digər təşkilatların və  bütün ictimaiyyətin diqqət mərkəzində  olmalıdır.
    Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Fəxrəddin Babayev və digər çıxış edənlər bildirdilər ki, müasir dövrdə, xüsusilə də nəqliyyat-kommunikasiya infrastrukturunun sürətlə inkişaf etdiyi zamanda azyaşlıların, şagirdlərin yol hərəkəti qaydalarını bilməsi mühüm şərtlərdən biridir. Qeyd olundu ki, bütün məktəblilər piyadaların yol hərəkəti qaydalarını ətraflı öyrənməli, onlar küçədə, nəqliyyat vasitələrinin hərəkəti zamanı intizama ciddi əməl etməlidirlər.
Keçidlər