Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Komissiyasının növbəti iclası keçirildi

08 oktyabr 2015 | 10:00
    08 oktyabr 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Komissiyasının üzvləri  və Mülki Müdafiə qüvvələrinin  iştirakı ilə dəyirmi masa keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun müvafiq struktur vahidlərinin rəhbərləri iştirak etdilər.
   Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verdi və Pirallahı rayonu ərazisində bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirildiyini nəzərə çatdırdı.
   Qeyd edildi ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun sərəncamına əsasən  2014-cü ildə Pirallahı rayonunun idarə, müəssisə və təşkilatları illik mülki müdafiə tədbirlər planı əsasında mülki müdafiə tədbirlərinin icrasının vaxtında təmin olunması, əhaliyə və işçilərə mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ aradan qaldırılması üçün Mülki Müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi tədbirlərinin həyata keçirilməsini təşkil etmişlər. Bildirildi ki, Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən 14 oktyabr 2015-ci il tarixdə Pirallahı rayonunun ərazi Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə Mülki müdafiə məşqi keçirilməsi nəzərdə tutulub.
   Tədbirdə rayonun Fövqəladə Hallar Komissiyasının, yerli özünüidarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin, idarə müəssisə və təşkilatlarının rayonda əhalinin və ərazinin fövqəladə hadisələrdən mühafizəsinin təmin etmək üçün Xəzər  Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə daim qarşılıqlı surətdə fəaliyyət göstərərək operativ tədbirlərin həyata keçirilməsinə hər an hazır olmalarının vacibliyi vurğulandı, həmçinin gələcəkdə bu cür əməkdaşlığın daha da məqsədəmüvafiq formada davam etdiriləcəyinə əminlik ifadə olundu.
Keçidlər