Pirallahı məktəbliləri N saylı hərbi hissədə oldular
10 oktyabr 2015 | 10:00
9 oktyabr 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Bakı Şəhəri üzrə təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 186 nömrəli tam orta məktəbin X-XI sinif şagirdlərinin zabit və əsgər heyəti ilə görüşü keçirildi. Pirallahı rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə keçirilən görüş zamanı rayonun təhsil müəssisəsindən 50 nəfər şagirdə və onları müşayiət edən müəllimlərə hərbi hissənin yaranma tarixi haqında məlumat verildi, həmçinin onlar şəxsi heyətin məişət şəraiti ilə tanış oldular. Qonaqlara Silahlı Qüvvələrin təchizatında olan silah, sursat, mühəndis, rabitə cihazları və avadanlıqları, səyyar təşviqat guşələri əyani şəkildə göstərildi.
Qeyd edək ki, məktəblilərin zabit və əsgər heyəti ilə görüşlərinin keçirilməsi, hərbi hissələrdə şəxsi heyət üçün yaradılmış təlim-tədris və məişət şəraiti ilə tanış olmaları, hərbi andiçmə mərasimlərində və digər tədbirlərdə iştirakı mütəmadi olaraq nəzərdə tutulub.