Pirallahı rayonunda mülki müdafiə məşqləri keçirildi
14 oktyabr 2015 | 10:00
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun 2015-ci il 15 yanvar tarixli 04 nömrəli sərəncamına əsasən 14 oktyabr 2015-ci il tarixdə Pirallahı rayonunun ərazi Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə Mülki müdafiə məşqləri keçirildi. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin nümayəndələri, Pirallahı rayonunda yerləşən Fövqəladə Hallar Komissiyanın, Mülki Müdafiə xidmətlərinin və Mülki Müdafiə qüvvələrinin üzvləri iştirak etdilər.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov bildirdi ki, xəbərdarlıq və toplanış üzrə Mülki müdafiə məşqlərinin əsas məqsədi “Mülki müdafiə haqqında” Qanunun tələblərinin yerinə yetirilməsi, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələrdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı mülki müdafiə qüvvələrinin hazırlığının, xəbərdarlıq sxemi üzrə hərəkətin, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin operativ təşkilinin yoxlanılmasıdır. Qeyd edildi ki, rayon ərazisində baş verə biləcək təbii fəlakətlərin (zəlzələ, yanğın, daşqın, infeksion xəstəliklər və s.) nəticələrinin operativ şəkildə aradan qaldırılması, eyni zamanda rayon ərazisində yerləşən idarə, təşkilat və müəssisələrdə yanğın təhlükəsizliyi və mülki müdafiə işlərinə nəzarətin gücləndirilməsi, əhali və işçilər arasında maarifləndirmə işlərinin təşkili məqsədilə Rayon İcra Hakimiyyəti Başçısının 2013-cü il 09 iyul tarixli 16 nömrəli Sərəncamı ilə Pirallahı Rayon Fövqəladə Hallar Komissiyası yaradılmışdır.
Toplantıda çıxış edən Xəzər rayon fövqəladə hallar və mülki müdafiə şöbəsi rəisinin vəzifəsinin icraçısı, kapitan Cəsarət Kərimov 2015-ci ildə Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarının illik mülki müdafiə tədbirlər planı əsasında mülki müdafiə tədbirlərinin icrasının vaxtında təmin olunması, əhaliyə və işçilərə mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ aradan qaldırılması üçün mülki müdafiə (MM) qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi tədbirlərinin təşkili haqqında ətraflı məlumat verdi. Bildirdi ki, ötən tədris ilində əhalinin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə “Mülki Müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində maarifləndirmə tədbirləri keçirilmişdir.
Tədbir zamanı mülki müdafiə əmlaklarının sərgiləri təşkil olunmuş, yaralanmalar zamanı ilkin tibbi yardımın göstərilməsi və yanğınların qarşısının alınması üsulları, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydaları nümayiş etdirilmişdir.